Dərbənd rayonunun başçısı saxlanılıb

Dağıstanda səlahiyyətlərini aşma şübhəsi üzrə Dərbənd rayonunun başçısı Maqomed Cəlilov saxlanılıb. Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin respublika idarəsinin rəhbər müavini Rəsul Temirbekov deyib. Onun sözlərinə görə, M. Cəlilov iki sutka müddətinə saxlanılıb: “İş qətiimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərilib”. İstintaq güman edir ki, M. Cəlilov 2015-ci ildə şəxsi təsərrüfatın aparılması üçün iki yerli sakinin hər birinə 1 hektar torpaq sahəsinin ayrılması barədə sərəncam imzalayıb. Məmur sərəncamın imzalanmasını qanunsuz edib və vəzifə səlahiyyətlərini aşıb. Nəticədə 2,2 milyon rubl məbləğində zərər vurulub. Xatırladaq ki, daha əvvəl regional büdcədən 100 milyon rubldan çox vəsaitin oğurlanması şübhəsi üzrə Dağıstan hökumətinin başçısı Əbdüsəməd Həmidov, onun müavinləri və təhsil naziri həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top