Türkiyə tərəfinə keçən 2 yunan əsgəri casusluqda ittiham olunur

Yunanıstan-Türkiyə sərhədindəki Kastanies zastavasında xidmət keçən 2 yunan hərbçisinin keşik çəkərkən güclü qar yağışı səbəbindən yollarını azaraq Türkiyəyə keçdiyi iddia edilir. Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, Türkiyə hərbçiləri tərəfindən saxlanılan yunan əsgərləri ilə bağlı istintaq aparılır. Yunan hərbçilərindən birinin rütbəsi leytenant, digərinin isə unter-zabitdir. Ədirnədə sərhədi səhvən keçdikləri deyilən yunan hərbçilər tutulduqdan sonra üzərlərindəki silahlar və mobil telefonları müsadirə edilib. Prokurorluq tərəfindən dindirilən 2 yunan əsgəri barəsində“hərbi casusluğua təşəbbüs etmə” və “qadağan olunmuş hərbi əraziyə girmə” maddələri üzrə cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top