Rusiya XİN: ABŞ-la artıq başqa cür danışacağıq

Rusiya müdafiə qabiliyyətini möhkəmləndirməklə ABŞ-la hərbi toqquşmadan qaçınmaq üçün hər şeyi etdi.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin ötən gün Federel Yığıncağa müraciəti bu barədə xəbər verir: “Bunun baş verməməsi üçün hər şey edilib”.

M. Zaxarova Rusiyanın ABŞ-ı danışıqlara dəvət etmək üçün etdiyi bütün cəhdlərin nəticə vermədiyini vurğulayıb: “Biz artıq keyfiyyətcə digər danışığa hazırıq. Bu, bizim təhlükəsizliyimizə təhdid törədən məsələlərlə bağlı xahişlər, izahatlar olmayacaq. Bu danışıq tamamilə başqa mövqelərdən olacaq”.

Xatırladaq ki, V. Putin dünən çıxışında Rusiyanın dünyada bənzəri olmayan bir sıra yeni silah sistemlərinə malik olmasında danışıb.

DİGƏR XƏBƏRLƏR

Top