Dəhşətli yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib - YENİLƏNİB

Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) baş çəkib.

“Morq”a gətirilən meyitlər tanınmaz halda olduğundan, hələ ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

“Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

***10:56

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

Bu barədə Birlikdəki mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Report

DİGƏR XƏBƏRLƏR

Top