Səudiyyə Ərəbistanında 30 illik kino qadağası götürüldü

Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi 30 illik qadağadan sonra martın 1-dən etibarən kinoteatrlara fəaliyyətin bərpası üçün lisenziyalar verməyə başlayıb.

Səudiyyə Ərəbistanında kinoteatrların fəaliyyətinə qadağa 1980-ci illərin əvvəlindən qoyulub. Ölkə vətəndaşları kinoya baxmaq üçün əsasən Bəhreynə üz tuturdular.

Məlumata görə, ölkədə 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi planlaşdırılıb. Filmlərin ciddi senzuradan keçiriləcəyi gözlənilir. APA

DİGƏR XƏBƏRLƏR

Top