100 dəqiqəlik derbidə 4 qol, 3 qırmızı vərəqə VİDEO

Türkiyə Kubokunda ikinci yarımfinal oyununun ilk görüşü keçirilib. İstanbul derbisində “Beşiktaş”la “Fənərbaxça” qarşılaşıb.

Birincilərin meydanında baş tutan görüşdə qalib müəyyənləşməyib. Gərgin mübarizə, qalmaqal və qırmızı vərəqələrlə yadda qalan oyunda azarkeşlər 4 qola şahidlik ediblər.

Hakimin əsas vaxta 10 dəqiqə əlavə etdiyi oyunda “Fənərbaxça” matçı 9, “Beşiktaş” isə 10 nəfərlə başa vurub.

Türkiyə Kuboku

Yarımfinal (ilk oyun)

“Beşiktaş” – “Fənərbaxça” – 2:2

Qollar: Neqredo, 14, Talişka, 82 – Soldado, 17, Şənər, 45+2

Qırmızı vərəqələr: Quarejma, 52 – Alper, 44, Volkan, 77
apasport

Beşiktaş - Fənərbağça

DİGƏR XƏBƏRLƏR

Top