"Forbes" açıqladı: Mübariz Mənsimov 100 milyonlarla dollar itirib

Yola saldığımız 2017-ci ildə "Yıldız Holdinq"in İdarə heyətinin sədri Murat Ülker Türkiyənin ən varlı şəxsi olub. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Forbes" jurnalının tərtib etdiyi "Ən varlı 100 türk" adlı hesabatda yer alıb. Jurnalın araşdırmalarına görə, "Yıldız Holdinq"in İdarə heyəti sədrinin ümumi sərvəti 4 milyard 800 milyon dollardan çoxdur. Varlı türklərin siyahısında 2-ci pillədə "Rönesans Holdinq"in sahibi Ermen İlıcık dayanır. "Rönesans Holdinq"in sahibinin sərvəti 4 milyard dollara bərabərdir. Siyahıda 3-cü yerdə qərarlaşan "Fiba Holdınq"in sahibi Hüsnü Özyeginin 2 milyard 900 milyon dollara sahib olduğu bildirilir. Bunlardan başqa sərvətləri 2-3 milyard dollar arasında dəyişən daha 8 türk - Osman Kibar ("Samumed"), Müstafa Küçük ("LC Vaikiki"), Semahat Arsel ("Koç Holdinq"), Rahmi Koç ("Koç Holdinq"), Şarık Tara ("Enka İnşaat"), Ferit Şahenk ("Doğuş Holdinq"), Filiz Şahenk ("Doğuş Holdinq") və Suna Kıraç ("Koç Holdinq") ilk onluğu tamamlayıb.

Bu il "Ən varlı 100 türk"ün arasında yer alanların 21 nəfəri qadın olub. Sərvətləri 1 milyard dollardan çox olan qadınların sayı isə 6 nəfər olub.

"Türksel"in qurucusu və "Çukurova Holdinq"in İdarə heyətinin sədri Mehmet Karamehmet "Ən varlı 100 türk"ün arasında yer almayıb. Qeyd edək ki, vaxtı ilə Mehmet Karamehmet "Ən varlı 100 türk"ün sıralamasında ilk sırada yer alıb. Hətta 2000-ci ildə dünyanın ən varlı 29-cu şəxsi olub.

Siyahıda diqqət çəkən məqamlardan biri də Azərbaycan əsilli iş adamı, "Palmali" şirkətinin sahibi Mübariz Mənsimovun "Ən varlı 100 türk" arasında yer almamasıdır. Qeyd edək ki, Mübariz Mənsimovun adı uzun illər "Forbes"in açıqladığı "Ən varlı 100 türk"ün arasında ilk sıralarda yer alıb. Hətta 2015-ci ildə 1,3 milyard dollar sərvəti ilə Mübariz Mənsimov "Ən varlı 100 türk"ün arasında 18-ci sırada qərarlaşıb. Ancaq Mübariz Mənsimovun adının builki siyahıda yer almaması onu göstərir ki, "Palmali" şirkətinin sahibinin sərvəti 500 milyon dollardan aşağıdır. Çünki, sərvəti 500 milyon dollardan yüksək olanların adı ilk 100-lüyə salınıb. Bu həm də onu göstərir ki, Mənsimov son bir-neçə il ərzində 100 milyonlarla dollar itirib.

DİGƏR XƏBƏRLƏR

Top