Afrində şəhid və yaralılar var

Suriyanın Afrin bölgəsində Türkiyənin təhlükəsizlik qüvvələri və terrorçular arasında baş vermiş toqquşmada 1 türk hərbçisi şəhid olub. Yeniavaz.com-un DHA agentliyinə istinadən verdiyi məlumata görə, atışma zamanı bir neçə hərbçi də yaralanıb. Bölgədə yaralanan əsgərlər təxliyə edilərək Türkiyənin Hatay şəhərindəki xəstəxanalara daşınıb. Toqquşmadan sonra bölgəyə əlavə qüvvələr göndərilib, sərhəddəki birləşmələr isə terrorçuların gediş yerlərini haubitsalar və raket qurğuları ilə atəşə tutub.

DİGƏR XƏBƏRLƏR

Top