Kəskin soyuqlar Avropada 49 nəfərin ölümü ilə nəticələnib

Avropada müşahidə edilən kəskin soyuq günlər ərzində ən azı 49 nəfər ölüb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, şaxtalar səbəbindən ən çox adam Polşada ölüb.

Bu ölkənin polisi məlumat verib ki, fevral ayı ərzində 32 nəfər havaların həddən artıq soyuqlamasından dünyasını dəyişib.

Çexiyada soyuğun qurbanlarının sayı 8 nəfər olub. İtaliyada isə bu rəqəm 2-yə bərabərdir.

Fransada cümə günündən bəri 5 nəfər həyatı ilə vidalaşıb.

Böyük Britaniya, İspaniya, Sloveniya, Hollandiya və Serbiyada da kəskin soyuğun can aldığı vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top