Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin SİYAHISI

Xəbər verildiyi kimi, yola saldığımız 2017-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 2 milyon 692 min nəfər, Azərbaycandan xarici ölkələrə səfər edən vətəndaşlarımızın sayı isə 4 milyon 109 min nəfər olub. Yeniavaz.com Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkədən gedənlərin sayı gələnlərin sayından 52,6 % və ya 1 milyon 417 min nəfər çox olub. Azərbaycana gələnlərin sayının gedənlərin sayından az olmasında heç şübhəsiz ki, Azərbaycanda tətbiq edilən viza rejiminin də öz payı vardır. Bu gün Azərbaycan dünyada sərt viza rejimi tətbiq edən ölkələrdən hesab edilir. Qeyd edək ki, Azərbaycan rəsmiləri bunu ölkənin milli təhlükəsizliyi ilə əlaqələndirirlər. Hazırda çox az ölkənin vətəndaşına Azərbaycana vizasız gəlmək hüququ verilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya, Belarus, Ukrayna, Moldova, Monqolustan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları Azərbaycana vizasız gələ bilərlər. Ancaq bir şərtlə ki, bu ölkənin vətəndaşları 90 gündən sonra ölkəni tərk etsinlər. Çin vətəndaşları isə yalnız turist qrupları şəkilində və 30 gündən artıq ölkədə qalmamaq şərtilə Azərbaycana gələ bilərlər. Digər ölkələrin sıravi vətəndaşları isə ölkəmizə gələrkən mütləq viza almalıdırlar.

Bəzi ölkələrin vətəndaşları isə Azərbaycana vizasız gələ bilmək üçün diplomatik, xidməti və ya rəsmi pasporta sahib olmalıdılar. Hazırda Azərbaycan dünyanın 42 ölkəsinə bu cür üstünlük tanıyıb. Onlardan bəziləri sadəcə diplomatik pasportla gələ bilərlər. Bəziləri isə ölkəmizə həm diplomatik və xidməti pasportla, həm də diplomatik, xidməti və rəsmi pasportla gələ bilərlər. Digər ölkələrin vətəndaşları isə birmənalı şəkildə Azərbaycana gələrkən viza almağa məcburdular.

Bir sıra ölkələrin - Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, Çin, Cənubi Koreya, Malaziya, Sinqapur, Türkiyə, İran, İsrail və BƏƏ vətəndaşları isə Azərbaycana sadələşdirilmiş viza (hava limanında) alaraq daxil ola bilərlər.

Ölkəmizə gələn əcnəbilərdən vizaya görə alınan dövlət rüsumuna gəldikdə isə qeyd edək ki, viza rəsmiləşdirilərkən qarşılılıq prinsipə əsaslanaraq əcnəbinin vətəndaşı olduğu dövlət tərəfindən Azərbaycan vətəndaşlarından vizaya görə tutulan məbləğə bərabər səviyyədə dövlət rüsumu alınır.

Digər ölkələrdən isə birdəfəlik viza üçün 40-60 dollar arasında rüsum alınır. Qeyd etdiyimiz kimi, viza rüsumunun məbləğ qarşışıqlı prinsiplər əsasında alınır. Yəni rüsum alıdığımız ölkələrdə də bizdən eyni səviyyədə rüsum alır. Yalnız Türkiyə və İran istisna təşkil edir. Belə ki, biz Türkiyə vətəndaşlarından hava limanlarında 10 dollar aldığımız halda onlar bizdən rüsum almır. Həmçinin biz İran vətəndaşlarından birdəfəlik viza üçün 35 avro aldığımız halda İran bizə öz ərazisində 15 gün vizasız qalmaq hüququ verir.

Bir məsələni də xatırladaq ki, Azərbaycana gələn dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən, Azərbaycanda beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən, dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən vizaya görə dövlət rüsumu alınmır. Eyni zamanda Azərbaycanla Türkiyə arasında əldə olunan razılığa əsasən, Türkiyə ümumvətəndaş pasportuna malik şəxslərə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında rüsumsuz, Azərbaycanın beynəlxalq hava limanlarında 10 dollar məbləğində rüsum alınaraq viza verilir. Bundan başqa Yaponiyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarına 30 gün müddətinə, Pakistan İslam Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarına isə 15 gün müddətinə rüsumsuz viza rəsmiləşdirilir.

Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərinə gəldikdə isə bildirək ki, hazırda ümumi Azərbaycan pasportu ilə sərhəd qapısında viza alaraq və ya vizasız 51 ölkəyə səyahət edə bilərik. Bunlardan 29-nə isə vizasız səyyahət etmək mümkündür.

Vizasız səyyahət edə biləcəyimiz ölkələr:

Ölkə

Qalama müddəti

Cibuti

1 ay

Nambiya

3 ay

Seyşel adaları

1 ay

Antiqua və Barbuda

1 ay

Barbados

28 gün

Dominikan

21 gün

Ekvador

90 gün

Haiti

3 ay

Kuba

30 gün

Qrenada

3 ay

Malayziya

1 ay

Maldiv adaları

30 gün

Monqolustan

90 gün

Qazaxıstan

90 gün

Qırğızıstan

90 gün

Tacikistan

90 gün

Özbəkistan

90 gün

Belarus

90 gün

Gürcüstan

90 gün

Ukrayna

90 gün

İran

15 gün

Moldova

90 gün

Rusiya

90 gün

Türkiyə

30 gün

Kuk adaları

31 gün

Mikroneziya

30 gün

Niue

30 gün

Palau

30 gün

Samoa

60 gün

DİGƏR XƏBƏRLƏR

Top