Putin Rusiyanın yeni silahları ilə göz dağı verdi

Rusiyanın hipersəsli silahı var.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Yığıncağa müraciətində deyib.

Onun sözlərinə görə, yüksək elmi potensiala malik bütün ölkələr hipersəsli silahın düzəldilməsi üzərində çalışır: “Rusiyanın bu cür silahı var”. Bundan başqa, V. Putin qeyd edib ki, Rusiyada pilotsuz sualtı aparat da yaradılıb. Dövlət başçısı həmin aparatın olduqca böyük dərinlikdə hüdudsuz məsafələrə hərəkət edə bildiyini vurğulayıb: “Aparatın sürəti sualtı qayıqların, ən müasir torpedaların sürətini dəfələrlə qabaqlayır, aşağı səviyyədə gurultuya, yüksək manevr imkanına malikdir və düşmən üçün praktiki olaraq əlçatmazdır. Pilotsuz sualtı aparatlar adi və nüvə sursatları ilə təchiz edilə bilər”.

V. Putin əlavə edib ki, Rusiyada kiçikqabaritli fövqəlgüclü nüvə enerji qurğusu hazırlanıb. Onun sözlərinə görə, qurğu qanadlı raketə yerləşdirilə bilər ki, bu da qeyri-məhdud uçuş məsafəsini təmin edəcək, habelə raket və hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz olacaq.

DİGƏR XƏBƏRLƏR

Top