
Bu ilin əvvəlinə olan məlumata görə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3881 nəfər artaraq 698 min 900 nəfər olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.
İşsizliyə görə müavinət alan 3404 nəfərə hesablanan orta aylıq məbləğ 385,54 manat olub. Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7133 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat yanvar ayının axırına şəhər üzrə cəmi 3683 nəfərdir, onlardan 2830 nəfəri fəhlələrdir.
Bakı şəhərində 2017-ci ilin IV rübündə 14 min 713 yeni, o cümlədən 14 min 498 daimi iş yerləri açılıb. 2017-ci ilin IV rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artıb. 2017-ci il ərzində cəmi 68 min 714 yeni, o cümlədən 67 min 222 daimi iş yerləri açılıb.
Tətbiqimizi yükləyə bilərsiniz