“Twitter” yeni funksiyasını tanıtdı

“Twitter” sosial şəbəkəsinin istifadəçiləri bəyəndikləri məlumatları əlfəcinlərin (nişanlama və qeyd etmə) köməkliyi ilə saxlamaq imkanı əldə ediblər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Twitter”in mətbuat xidməti sosial şəbəkədəki səhifəsində xəbər verib.

Məlumatda deyilir: “Tarixi nəsə bir şey tapdınız? Zarafatı yaddan çıxarmaq istəmirsiniz? Daha sonra oxumaq istədiyiniz məqalə var? “Tvit”i əlfəcinlərdə saxlayın və istədiyiniz zaman ona qayıdın”. Şirkətdən bildiriblər ki, əlfəcinləri yalnız onları qoyan istifadəçilərin özləri görə biləcək.

Qeyd edək ki, “Twitter”də ilk məlumat 21 mart 2006-cı il tarixində dərc edilib. Hazırda 300 milyondan çox adam bu sosial şəbəkədən istifadə edir, hər gün təqribən 0,5 milyard “tvit” dərc olunur.

DİGƏR XƏBƏRLƏR

Top