DİM imtahanlarda iştirakın qiyməti ilə bağlı Tarif Şurasına müraciət edəcək

“İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək. M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”. Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.APA

DİGƏR XƏBƏRLƏR

Top