Putin: Dinc sakinlər Şərqi Qutadan çıxarılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsi ilə dinc sakinlər Suriyanın Şərqi Quta bölgəsindən təxliyə edilir. Yeniavaz.com-un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti dinc sakinlərin çıxarılması prosesinə qoşulub: “Prezident Ərdoğan bölgədən dinc sakinlərin təxliyəsində aparıcı rol oynayır. Xeyli sayda mülki şəxs Şərqi Qutadan təxliyə edilib”. Xatırladaq ki, V. Putin mühasirədə olan Şərqi Qutadan dinc sakinlərin çıxarılması üçün bölgədə hər gün saat 09:00-dan 14:00-dək atəşkəsin elan edilməsini tapşırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top