Trampın adına pul buraxıldı

İsraildə Mikdaş Təhsil Mərkəzi ABŞ Prezidenti Donald Trampın təsviri olan xatirə pulu buraxıb. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, mərkəz D. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına görə bu addımı atıb. Rəsmi xarakter daşımayan metal pullardan 1000 ədəd buraxılıb. Həmin metal pulun birini almaq üçün mərkəzə 50 dollar ianə vermək lazımdır. Xatirə pulunun üzərində iranlıların və yəhudilərin sahib çıxdığı II Kirin başının qarşısında D. Trampın rəsmi yer alır. II Kir 2500 il əvvəl yəhudilərin Babildən Qüdsə qayıtmasını təmin etdiyinə görə yəhudilər ona sahib çıxırlar. İranlılar isə onu fars qəhrəmanı kimi görürlər.

DİGƏR XƏBƏRLƏR

Top