İntiharçı-terrorçunu müəyyən edən cihaz düzəldilib

ABŞ-da düzəldilən yeni bomba dedektoru sınaqdan keçirilməyə başlanılıb. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu dedektor intiharçı-terrorçunu müəyyən etmək üçün xüsusi olaraq hazırlanıb. Bomba dedektoru intiharçı-terrorçuları hərəkət edərkən belə təsbit edəcək. Dedektor Nyu-Yorkun ən izdihamlı stansiyasında sınaqdan keçiriməyə başlanılıb. Sınaq dekabrda terror hücumunun cəhd edildiyi Penn stansiyasında aparılıb. Bomba dedektoru hərəkət edən obyektləri də yoxlaya bilir. Onun gələn il istifadəsinə başlamaq planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top