Vahid Ələkbərovun oğlu energetik içki biznesi ilə məşğul olur

Rusiyanın “Lukoyl” şirkətinin prezidenti və əsas sahibi Vahid Ələkbərovun oğlu Yusif energetik içkilər istehsal edir. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, Y. Ələkbərovaya məxsus “Ekto” şirkəti 2017-ci ildən etibarən “Plan B” brendi ilə məhsul buraxır. “Plan B” energetik içkini “Lukoyl”un yanacaqdoldurma məntəqələrində almaq mümkündür. İçkilər “Meqapak” zavodunda istehsal edilir. İndiyədək təqribən 200 min banka içki buraxılıb. Hazırda Rusiya bazarında təxminən 280 adda energetik içki satılır. Qeyd edək ki, Y. Ələkbərov 1990-cı ildə anadan olub. O, 2012-ci ildə Qubkin adına Neft və Qaz Universtini bitirib. Neft yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alıb. “Lukoyl”un səhmlərinin 0,13 faizinə sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top