Qeyri-neft məhsullarının ixracı: Gürcüstanda, Ermənistanda və Azərbaycanda - CƏDVƏL

Bu ilin yanvar ayında xam neft, neft məhsulları və təbi qazı nəzərə almasaq Azərbaycandan xarici ölkələrə 125,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsindən açıqlanıb. Nəticədə adambaşına düşən qeyri-neft məhsullarının ixracı 12,7 dollara bərabər olub.

Məlumat üçün qeyd edək ki, qonşu Gürcüstanın Dövlət Gömrük Komitəsindən açıqlanan məlumata görə bu ilin yanvar ayında bu ölkədə qeyri-neft məhsullarının ixracı 222,7 milyon dollar olub və nəticədə yanvar ayında adambaşına düşən qeyri-neft məhsullarının ixracı 59,7 dollar təşkil edib.

Onu da bildirək ki, bu ilin yanvar ayında Ermənistanda qeyri-neft məhsullarının ixracı Gürcüstandan az - 176,7 milyon dollar olsa da, əhalinin sayının az olması səbəbindən bu ölkədə adambaşına düşən qeyri-neft məhsullarının ixracı təxminən Gürcüstandakı analoji göstəriciyə bərabər olub - 59,3 dollar.

DİGƏR XƏBƏRLƏR

Top