Ən çox milyarder bu ölkədədir

2017-ci ildə Çində milyarderlərin sayı 35 faiz artaraq 819 nəfərə çatıb. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumat görə, bu barədə “Hurun” jurnalının (“Forbes” jurnalının Çin analoqu) hesabatında deyilir. Çindən olan milyarderlərin sərvətlərinin ümumi miqdarı 2,5 trilyon dollar təşkil edib. Jurnalın araşdırmasına əsasən, Çin milyarderlərinin əksəri daşınmaz əmlak, istehsalat və telekommunikasiyalar sahələri ilə məşğul olurlar. Ən çox çinli milyarder – 131 nəfər - Pekində yaşayır. Ən varlı çinli isə “Tencent” telekommunikasiya şirkətinin təsisçisi Ma Huatendir. Onun sərvəti 47 milyar dollar həcmində qiymətləndirilir. ABŞ ən varlı adamların siyahısında ikinci yeri tutur, orada 571 milyarder yaşayır və işləyir.

DİGƏR XƏBƏRLƏR

Top