Lavrov: ABŞ Avropanı Rusiyaya qarşı nüvə silahını tətbiq etməyə hazırlayır

ABŞ hərbçiləri Avropa ölkələrinin silahlı qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahını tətbiq etməyə hazırlayırlar. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Amerikanın Avropada qeyri-strateji nüvə silahını saxlaması nüvə silahının tərksilah edilməsinə mane törədir. S. Lavrov qeyd edib ki, Rusiya takktiki nüvə silahını yerləşdirmir, onun tətbiqini yoxlamadan keçirmir: “Biz mərkəzi saxlama bazalarındakı mövcud sursatları öz milli ərazimizdə cəmləmişik. Ümid edirəm ki, Avropa vətəndaşları öz ərazilərində Amerikanın kütləvi qırğın silahları yerləşdirməsinə yox deyə biləcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top