Doğu Perinçek: Türkiyə Prezidenti seçilsəm, Əsədi Ankaraya dəvət edəcəm

Türkiyə Prezidenti seçilsəm, Bəşər Əsədi Ankaraya dəvət edəcəm, əl sıxacağıq. Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçek deyib. Onun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan B. Əsədə qatil deməklə İsrailə xidmət edir: “Cənubda İsrail, şimalda da terror təşkilatları bu parçalanma layihəsinə xidmət edir. Türkiyədə Suriya düşməni, Əsədə qatil deyən bir iqtidar Vətən müharibəsində uğur qazana bilməz. “Vətən” partiyası prezident seçkilərində qalib gələcək. Əsədi Türkiyəyə dəvət edib əl sıxacağıq. Terrorçuluğun belini qıracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top