AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XV turu müzakirə olunub. Turun “Zaqatala” – “Mil-Muğan” qarşılaşması ilə bağlı maraqlı qərar qəbul olunub. Belə ki, İK qonaq komandanın heyətində adı protokola qeyd olunmamış futbolçunun iştirak etdiyini aşkarlayıb. Bu səbəbdən İmişli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik, klub 800 manat məbləğində cərimə olunub. Qeyd edək ki, “Zaqatala” – “Mil-Muğan” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.Apasport