
2016-ci ili 81 milyon 425 min manat xalis mənfəətlə başa vurmuş “Azercell Telekom” MMC 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlayıb. 2016-cı illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri ilə bərbər xərcləri də artıb. Belə ki, şirkətin cəmi gəlirləri 2016-cı ildəki 392 milyon 880 min manatdan 2017-də 411 milyon 441 min manata, xərcləri isə 304 milyon 387 min manatdan 397 milyon 151 min manata yüksəlib. Xərclər çıxıldıqdan sonra Azercell-in 14 milyon 290 min manat əməliyyat mənfəəti qalıb. Lakin valyutaların məzənnələrinin dəyişməsi nəticəsində şirkət 13 milyon 41 min manat zərər etdiyindən mənfəəti 2 milyon 805 min manata düşüb. 22 milyon 162 min manat vergi xərclərinə görə, “Azercell Telekom” ötən ili 19 milyon 357 min manat zərər ilə bağlayıb. marja




 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                