İsa Qəmbər müalicə üçün Türkiyəyə gedib

İsa Qəmbər xəstəxanadan evə buraxılıb. Bir neçə gündür Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İsa Qəmbər bu gün xəstəxanadan çıxıb. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı apa-ya bildirib ki, İsa Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb. Onun özünü yaxşı hiss etdiyi bildirilir.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.

Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top