Türkiyədə daha 2 siyasətçinin deputatlıq mandatı ləğv edildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) iki üzvünün deputatlıq mandatı ləğv edilib. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunlar Muşdan seçilmiş millət vəkili Əhməd Yıldırım və Şanlıurfadan seçilmiş millət vəkili İbrahim Ayhandır. Məhkəmələr onlar barəsində yekun cəza verdikləri üçün sadalanan şəxslərin deputatlıq mandatları ləğv edilib. Ə. Yıdırım “Türkiyə Prezidentini təhqir etmə” (, İ. Ayhan isə “terror təşkilatının təbliğatını aparma” cinayət işləri üzrə müvafiq olaraq məhkəmə tərəfindən 1 il 2 ay və 1 il 3 ay müddətinə həbs cəzası alıblar. Daha əvvəl HDP-dən Figen Yüksekdağ, Nursel Aydoğan, Faysal Sarıyıldız, Tuğba Hezer Öztürk, Besime Konca, Leyla Zana və Fərhad Encünün millət vəkilliyi mandatları ləğv edilmişdi. Bununla da HDP-nin Türkiyə parlamentində təmsil olunan deputatların sayı 50-yə endi.

DİGƏR XƏBƏRLƏR

Top