Məşhur futbolçu futboldan uzaqlaşdırıldı

UEFA fransalı futbolçu Samir Nəsrini dopinqdən istifadə etdiyinə görə 6 ay müddətinə futboldan uzaqlaşdırıb. Yeniavaz.com-un İHA-ya istinadən verdiyi məlumata görə, UEFA-nın Etika və İntizam Komitəsi S. Nəsrinin Ümumdünya Antidopinq Agentliyinin siyahısında yer alan qadağan edilmiş maddələrdən istifadə etdiyini əsas gətirərək onu təqsirkar sayıb. Bildirilir ki, 30 yaşlı oyunçu Los Ancelesdəki klinikaların birində formada qalmaq üçün özünü peyvənd etdirib və bu peyvəndin dozası qanunla yol verilmiş həddi ötüb. S. Nəsri qərarı şikayət edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top