Türkiyə və Əlcəzair arasında 1 milyard dollar dəyərində saziş imzalandı

Əlcəzair və Türkiyə arasında polipropilen istehsalı sahəsində 1 milyard dollar dəyərində saziş imzalanıb. Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, bunu Əlcəzairdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, saziş Əlcəzairin “Sonatrach” milli enerji şirkəti və Türkiyənin “Rönesans” ilə “Bayegan” şirkətləri arasında imzalanıb. R. T. Ərdoğan qeyd edib ki, saziş Adananın azad ticarət zonasında 1 milyard dollar dəyərində polipropilen istehsalı müəssisəsinin yaradılmasını nəzərdə tutur: “Yumurtalık azad ticarət zonasında neft-kimya sahəsinə sərmayə qoyulacaq. Müəssisə fəaliyyətə başladıqdan sonra Türkiyənin xaricdən asılılığı 25 faiz azalacaq və ölkənin xarici ticarətdə cari kəsirinə də müsbət təsir göstərəcək. Müəssisə ildə 450 min ton polipropilen istehsal edəcək”. Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində iki ölkə arasında ümumilikdə 7 tərəfdaşlıq və əməkdaşlıq sazişi və memorandumu imzalanıb: “İki ölkə arasındakı 3,5 milyard dollarlıq əmtəə dövriyyəsinin miqdarını ilk mərhələdə 5 milyard dollara, sonra isə 10 milyard dollara yüksəltməyi planlaşdırırıq”.

DİGƏR XƏBƏRLƏR

Top