Azərbaycanda 24 qanunsuz miqrant sax­­­la­nıl­ıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi təd­bir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb. DMX-dən bildirilib ki, araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olacağı adı ilə gəldiyi, onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub. Saxlanılan digər əcnəbilərin Azərbaycan ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları müəyyənləşib. Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb. APA

DİGƏR XƏBƏRLƏR

Top