Nazir: İran Ermənistana qaz tədarükünü artırmağa hazırdır

İran Ermənistana qaz tədarüklərini artırmağa hazırdır. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Rza Ərdəkaniyan Yerevanda keçirilən Ermənistan-İran hökumətərarası komissiyanın 15-ci iclasının gedişində deyib. Bununla belə, nazir İranın Ermənistana təklif etdiyi qazın konkret qiymətini, habelə 400 kV gücündə 3-cü İran-Ermənistan hava elektrik ötürücü xəttinin tikintisindən sonra İran qazının Ermənistana tədarüklərinin nə qədər artacağını açıqlamayıb. R. Ərdəkaniyan qeyd edib ki, hazırda tərəflər elektrik enerjisinin qazla mübadiləsi məsələləri üzrə danışıqlar aparırlar və danışıqların nəticələri barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, İran qazı 2009-cu il mayın 15-dən etibarən İran-Ermənistan qaz kəmərinə daxil olmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top