Saakaşvilinin həyat yoldaşı Bakıya gəlib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Elizabet Rulofsun Azərbaycan dilinə tərcümə edilmiş “Bir idealistin hekayəsi” kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən müəllif dekabrda baş tutmalı olan təqdimatın gecikmə səbəblərini açıqlayıb: “Dekabrda səfərimi təxirə salmalı oldum. Çünki o zaman ilk dəfə həyat yoldaşım Mixail Saakaşvilini həbs etməyə cəhd etdilər. Bir neçə gün sonra o, Ukraynada həbs olundu. Həbsdən azad olunduqdan sonra Hollandiyaya deportasiya olundu. İndi düşünürəm ki, onun Hollandiyada həyatına təhlükə yoxdur ". S. Rulofs kitabda öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs etdiyini deyib. O, özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və iş barəsində geniş məlumat verir.APA

DİGƏR XƏBƏRLƏR

Top