Praqa məhkəməsi terrorçunu sərbəst buraxıb

Praqa şəhər məhkəməsi Türkiyənin sorğusu ilə saxlanmış PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin keçmiş həmsədri Salih Müslimi azadlığa buraxıb. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu S. Müslimin vəkili Miroslav Krutina deyib. Onun sözlərinə görə, bu keçirilən məhkəmə iclasında hakimlər S. Müslimin ilkin həbs edilməsi üçün əsas tapmayıblar. Xatırladaq ki, PYD-nin sabiq həmsədri ötən bazar günü Praqada saxlanılıb. O, Türkiyənin Daxili İşlər Nazirliyinin “terrorçuluğa görə axtarılanlar siyahısı”nda 4 milyon türk lirəsi məbləğində mükafatla qırmızı kateqoriyada yer alır.

DİGƏR XƏBƏRLƏR

Top