Fransalı məmurlar küçədə yatacaqlar

Fransada məmurlar bir gecə küçədə qalacaqlar. Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “Facebook” səhifəsində Eson departamentində Etamp kommunasının merinin müavini Mama Si xəbər verib. Onun sözlərinə görə, məmurlar bu yolla evsiz adamların problemlərinə diqqət çəkmək niyyətindədirlər. M. Si yazıb: “Xalq tərəfindən seçilmiş təqribən 50 nümayəndə çərşənbə günü, fevralın 28-də Austerlits vağzalı ətrafında küçədə yatacaqlar”. O, ötən il təxminən 500 evsisizin küçələrdə öldüyünü, cari ilin əvvəlindən isə Parisdə daha 13 nəfərin dünyasını dəyişdiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top