Gömrükdən büdcəyə daxil olan vəsait 30% artıb

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait 29,9% və ya 52 miyon 125,7 min manat artaraq 226 milyon 88,3 min manata çatıb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 milyon 470,6 min manat, əlavə dəyər vergisi üzrə 157 milyon 18,9 min manat, aksizlər üzrə 6 milyon 780,7 min manat, yol vergisi üzrə isə 2 milyon 818,1 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top