Tanınmış tərcümə saytından Xalq Cümhuriyyətinə qarşı təxribat - FOTOFAKT

Azərbaycanın ən böyük pulsuz dil portallarından biri olduğu bildirilən "azerdict.com" saytında "müsavat" sözünü rus dilinə izahlı tərcümə ediyimiz zaman qarşımıza belə bir cümlə çıxır: "musavat (1920-ci ildə məhv edilən Azərbaycanda əksinqilabi burjua-millətçi partiya)". Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, "müsavat" sözünun bu şəkildə izahı "Azərbaycan Sovet Ensiklopediyası"nın 1983-cü il nəşrində yer alıb.

Maraqlıdır ki, "azerdict.com" saytında yer alan mənbələr arasında "Azərbaycan Sovet Ensiklopediyası"nın adı yoxdur. Saytda da qeyd olunur ki, tərcümə portalı “Azərbaycan dilinin izahlı lüğəti”ndə (Bakı, “Şərq-Qərb”, 2006) yer alan sözlər əsasında hazırlanıb. Həmin lüğətdə isə "müsavat" sözünün izahı belədir: "Birinci dünya müharibəsindən əvvəl Azərbaycanda milli demokratik partiyanın adı".

Belə olan halda "azerdict.com" saytının təsisçiləri hansı səbəbdən “Azərbaycan dilinin izahlı lüğəti”nə (2006-cı il) istinad etdiklərini bildirdikləri halda, məlumatı "Azərbaycan Sovet Ensiklopediyası"ndan (1983-cü il) götürüblər?

Bu il 100 illiyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucu partiyasını - "Müsavat"ı "1920-ci ildə məhv edilən burjua-millətçi partiya" kimi təqdim etməklə "azerdict.com" saytının təsisçiləri nəyə və kimə xidmət edirlər?

Onu da bildirək ki, "azerdict.com" saytında bu saytın kimlər tərəfindən təsis olunduğu barədə heç bir məlumat yoxdur. Əlaqə bölməsində də nə ünvan, nə də telefon nömrələri qeyd olunub. Sadəcə olaraq "onlayn" müraciət etmək üçün bölmə yerləşdirilib.

"Wikipedia"da mövcud olan "Azerdict" səhifəsində isə qeyd olunur ki, 1 fevral 2010-cu ildən fəaliyyətə başlayan bu sayt Türkiyənin Boğaziçi Universitetindən məzun olan 3 nəfər tərəfindən qurulub.

Məlumat üçün bildirək ki, Türkiyənin Boğaziçi Universiteti 1863-cü ildə amerikalı missioner Kristofer Robert tərəfindən İstanbulda qurulan "Robert Kolleci"nin bazası əsasında 1971-ci ildə açılıb. Onu da bildirək ki, son illər Boğaziçi Universitetinin adı ermənilərə verdiyi dəstəklə gündəmə gəlməkdədir. Bu universitetdə dəfələrlə ermənilərlə bağlı tədbir keçirilib və Türkiyə ictimaiyyəti tərəfidən etirazlarla qarşılanıb. Hətta 2005-ci ildə erməni mövzusunda keçirilmək istənilən tədbirin məhkəmə tərəfindən qadağan olunmasına baxmayaraq, sonrakı illərdə də Boğaziçi Universiteti erməni diasporaları tərəfindən bu mövzularda hazırlanan tədbirlərə dəfələrə ev sahibliyi edib. Univerisitetin ən tanınmış müəllimlərndən biri də Arman Manukyan adlı erməni olub.

DİGƏR XƏBƏRLƏR

Top