Gəncədə silsilə soyğunçuluğun üstü açılıb

Gəncədə silsilə soyğunçuluq edən şəxslər saxlanılıb. Fevralı 26-da Gəncə şəhər sakini "102 Zəng Mərkəzi Xidməti"nə zəng edərək bildirib ki, 2 nəfər şəxsin onun evinə daxil olaraq oğurluq etməyə cəhd edirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri Elxan Bayram (1997) oğlu və Adil Nuriyev (1991) dəmir barmaqlıqları qıraraq evə daxil olublar. Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd "Makarov" tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük də istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top