30 ölkənin axtardığı haker tutuldu

Kievdə 30 ölkənin hüquq-mühafizə orqanlarının axtardığı haker həbs edilib.

Ukraynanın kiber polisi 30 ölkənin axtardığı komputerlə yoluxan platforma təşkilində şübhəli bilinən hakeri saxlayıb.

Hər gün dünyada yarımmilyon komputeri yoluxduran "Avalanche" beynəlxalq cinayət platformasının yaradıcısının kirayə evindən noutbuk, pul və fləş kart götürülb.

Polisin məlumatlarına görə, "Avalanche" şəbəkəsi 7 il işləyib. 2016-cı ilin noyabrında 30 ölkənin hüuquq mühafizə orqanlarının iştirakı ilə beynəlxalq əməliyyat keçirilib və bu kiber şəbəkə aradan qaldırılıb.

Saxlanılan şəxs bir neçə cinayət törətməkdə ittiham edilir. Sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top