Misirdə qaçırdıqları uşağı öldürən 1 ailənin 5 üzvü asıldı

Misirdə uşaq qaçırmaqda və öldürməkdə təqsirkar bilinən bir ailənin 5 üzvü haqqında verilən edam cəzası icra olunub.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, edam qərarı ötən həftə Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən təsdiqləndikdən sonra 5 məhkum bu gün Tanta həbsxanasında edam edilib.

Həmin şəxslər 2013-cü ildə fidyə üçün qaçırdıqları 4 yaşlı qız uşağını öldürməkdə təqsirkar bilinərək edam cəzasına məhkum edilmişdilər.

Ali Məhkəmə verilən edam cəzasını ötən ilin martında təsdiqləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top