Afrində sağ tutulan terrorçuların sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində 58 terrorçu sağ ələ keçirilib.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı zərərsizləşdirilən 2059 PKK/KCK/PYD-YPG/ İŞİD terrorçusundan 58-i sağ tutulub.

Onlar toqquşmaların davam etdiyi ərazilərdən çıxarılaraq nəzarət altında olan təhlükəsiz ərazilərə gətirilib.

Ardından terrorçular Türkiyənin müvafiq qurumlarına təhvil veriliblər.

DİGƏR XƏBƏRLƏR

Top