Artıq Avropanın ən varlı adamı deyil

“Zara” ticarət şəbəkəsinin sahibi ispaniyalı iş adamı Amansio Orteqa Avropanın ən varlı adamı ünvanını itirib.

Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb “Zara” şirkətinin səhmlərinin ötən cümə günü kəskin aşağı düşməsi nəticəsində bir gündə 4,3 milyard dollar itirməsi olub.

Belə ki, “Zara”nın əsas şirkətlər qrupu olan “Inditex”in səhmləri cümə günü 7 faiz aşağı düşərək son 3 ildə ən kəskin eniş yaşayıb.

A. Orteqanın sərvəti isə 6 faiz azalaraq 68 milyard dollar olub.

Bununla da iş adamı Avropanın ən zəngin adamları siyahısında ikinci sıraya düşüb, dünya siyahısında isə yeddinci yerdə qərarlaşıb.

Avropanın ən varlı adamı ünvanının yeni sahibi isə 75 milyard dollar sərvəti ilə LVHM-nin baş icraçı direktoru Bernard Arnold olub.

DİGƏR XƏBƏRLƏR

Top