BMT-nin baş katibi​: Rohincaların Myanmadan qovulması etnik təmizlikdir

BMT-nin baş katibi Antoniu Quterreş müsəlman rohincaların (arakan) Myanmadan qovulmasını etnik təmizlik adlandırıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə A. Quterreş BMT-nin İnsan haqları üzrə şuranın 37-ci sessiyasının Cenevrədə açılışında çıxış edərkən deyib.

O, beynəlxalq ictimaiyyəti Banqladeşə qaçan rohincalara yardım göstərməyə çağırıb: “Vətəndaşlıqdan məhrum edilmiş rohincalar silahlı qüvvələr və digər insanlar tərəfindən olduqca kobud rəftara məruz qalıblar. Onlar öz evlərindən və ölkələrindən qovulublar, bu da etnik təmiziyin bariz nümunəsidir”.

A. Quterreş əlavə edib ki, Myanmadan qaçan müsəlmanların doğma yurdlarına qayıtması təhlükəsiz, könüllü, layiqli və dayanıqlı olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top