Useyn Bolt futbol klubu ilə müqavilə imzaladı

Yamaykalı sprinter Useyn Bolt futbol klubu ilə müqavilə bağlayıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, idmançı bu barədə özünün “Instagram” səhifəsində xəbər verib. 31 yaşlı səkkizqat olimpiya çempionu yazıb: “Mən indicə futbol klubu ilə müqavilə imzaladım. Hansı klubla imzaladığımı çərşənbə axşamı biləcəksiniz”.

Qeyd edək ki, idmançı daha əvvəl “Mançester Yunayted” futbol klubunun fanatı olduğunu və bu komandanın heyətində oynamaq istədiyini bildirmişdi.

U. Bolt Olimpiadada 8 dəfə və dünya çempionatında 11 dəfə birinci yeri tutub. 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə qaçışda dünya rekordları ona məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top