Çexiya Salih Müslimi 2 nəfərlə dəyişmək istəyir

Çexiya hakimiyyəti paytaxt Praqada saxlanılan PKK terror təşkilatının Suriya qanadı PYD-nin keçmiş başçısı Salih Müslimi iki nəfərlə dəyişmək istəyir.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Çexiya S. Müslimi Türkiyəyə təhvil vermək üçün mübadilə danışıqlarına hazırdır.

Bildirilir ki, Praqa 2016-cı ilin noyabr ayında Türkiyə-Suriya sərhədində ələ keçirilən və PKK ilə əlaqəsi olduqları sübuta yetirilən Marketa Vşelihova və Miroslav Farkasın S. Müslimin təhvil verilməsi qarşısında azadlığa buraxılmasını istəyir.

Çexiya vətəndaşları olan M. Vşelihova və M. Farkas barəsində hələlik Türkiyə məhkəməsi yekun hökm verməyib. Praqa daha əvvəl Ankaradan onların cinayətkarların mübadiləsi çərçivsəində ölkəyə göndərilməsini təklif etmişdi.

Ancaq Türkiyə tərəfi “Qanunlar terrorçular üçün eyni işləyir” deyərək təklifi rədd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top