Türk xüsusi təyinatlıları Afrinə girdilər

Türkiyənin jandarmeriya xüsusi təyinatlıları (Jandarma Özel Harekat) və polis xüsusi təyinatlıları (Polis Özel Harekat) Suriyanın Afrin bölgəsinə giriblər.

Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı dəstələrə təhlükəsizlik gözətçiləri də qoşulub.

Onlar Türkiyənin Hatay vilayətinin Hassa və Gülbaba rayonlarından Afrinə daxil olublar.

Xüsusi təyinatlılar terrorçulardan təmizlənmiş kəndlərə silahlıların sızmasının qarşısını alacaqlar və küçə döyüşlərində iştirak edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top