Rusiyalı deputat: "Xocalı soyqırımı aktı dünya tərəfindən mühakimə olunmalı, günahkarlar ən sərt cəzanı almalıdır"

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib və onun ünvanına teleqram göndərib.

Teleqramda deyilir:

"Çox hörmətli cənab prezident!

İcazə verin Sizə və bütün Azərbaycan xalqına Xocalı faciəsinin ildönümü ilə bağlı dərin hüznlə başsağlığı verim. Rusiya xalqı bu günü Azərbaycanla birgə yad edir. 613 nəfərin həyatını almış bu soyqırımı aktı dünya ictimaiyyəti tərəfindən mühakimə olunmalıdır, günahkarlar isə ən sərt cəzanı almalıdır. Qəddar cinayətin vəhşiliyini həkk edən fotoxronikaların qorxunc kadrlarına baxaraq buna laqeyd qalmaq olmaz. Biz hamımız bütün mümkün olanı etməliyik ki, belə faciələr təkrarlanmasın. Həlak olanların ruhu şad olsun. Onlar hər zaman gələcək nəslin qəlbində yaşayacaqlar". APA

DİGƏR XƏBƏRLƏR

Top