Bakının ən məşhur heyvan sığınacağı bağlanır - FOTO

Azərbaycan Heyvan Xilasetmə Mərkəzi bağlanır. Bu barədə təşkilatın rəsmi Facebook səhifəsində məlumat verilir. Məlumatda bildirilir ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır. “Biz sponsor hesabına fəaliyyət göstərirdik və artıq təəssüflər olsun ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”, - məlumatda deyilir. Hazırda mərkəzdə 200-ə yaxın heyvan var. Mərkəzin əməkdaşları onlara yeni sahiblər axtarırlar.

DİGƏR XƏBƏRLƏR

Top