Türkiyədən ABŞ-a Qüds etirazı

ABŞ Prezident Administrasiyasının Təl-Əvivdəki səfirliyini may ayında Qüdsə daşıyacağını açıqlaması Vaşinqtonun beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarlarını çiynəyərək sülh zəminini pozmaqda təkid etdiyini göstərir.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, ABŞ təəssüf ki, bu qərarı ilə beynəlxalq ictimaiyyətin səsini eşitmədiyini, daha qorxuncu isə buna önəm vermədiyini göstərir.

XİN-dən deyiblər ki, Vaşinqtonun Qüds qərarı olduqca qayğıvericidir: “Türkiyə buna qarşı olaraq Fələstin xalqının qanuni haqlarını qorumaq üçün beynəlxalq ictimaiyyətin çoxluq təşkil etdiyi üzvləri ilə birlikdə səy göstərməyə davam edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top