Əfqanıstanda hərbi bazaya hücum və partlayış: 28 ölü

Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlılarının Fərah vilayətində hücumu nəticəsində azı 25 əfqan hərbçisi həlak olub.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, taliblər əfqan hərbi bazasına hücum ediblər.

Daha iki hərbçi isə əsir götürülüb. Silahlılar xeyli sayda silah ələ keçiriblər. Hərbçilər atışmada 12 talibi məhv edə biliblər.

Bu arada paytaxt Kabildə partlayış törədilib. Partlayış nəticəsində 3 nəfər həlak olub. Bildirilir ki, intiharçı-terrorçu Şaş Darak rayonunda özünü partladıb.

Qeyd edək ki, 2017-ci ildə Əfqanıstanda 3,5 min dinc sakin həlak olub, 7 mindən çox nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top