Dünyada ən böyük beyin şişi əməliyyatla götürüldü

Hindistanın Mumbay şəhərindən olan cərrahlardan ibarət qrup 1,8 kiloqram kütləsi olan beyin şişini əməliyyat ilə götürüb.

Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat altı saat davam edib.

Neyrocərrah Trimurti Nadkarni istisna etməyib ki, bu, dünyada ən böyük beyin şişi olub.

Belə ki, onun ölçüləri pasiyentin başından böyük idi. 31 yaşlı Santal Palda şiş 3 il əvvəl inkişaf etməyə başlayıb, lakin həkimlərdən heç biri onu əməliyyat etməyə risk etməyib.

Xəstəliyə görə S. Pak görmə qabiliyyətini itirib, ancaq həkimlər ümid edirlər ki, əməliyyatdan sonra o, yenə görə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top