YPG 4 rayonun nəzarətini Suriya ordusuna verdi

PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu YPG Hələbdə bəzi rayonları hökumət qoşunlarının nəzarətinə verib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, YPG daha əvvəl nəzarət etdiyi 4 rayonu Suriya ordusuna buraxıb.

Terror təşkilatı yaxın vaxtlarda Hələbdə daha 2 rayonun nəzarətini hökumət qoşunlarına verəcək.

Nəzarətin orduya təhvil verilməsindən sonra həmin ərazilərdə dövlət institutları Suriya bayrağı altında öz işlərini bərpa edəcək.

Xatırladaq ki, Suriya ordu komandanlığı fevralın 9-da Hələb və Hama vilayətlərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top